Haqqımızda

Dr. Elçin haqqında

Ümumi cərrahiyyədə diqqətli diaqnostika və pasiyentlə aydın kommunikasiya.

Dr. Elçin Əlizadə ümumi cərrahiyyə üzrə uzman həkimdir. Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində ali tibb təhsili almış, daha sonra İstanbul Universitetinin İstanbul Tıp Fakültəsində Ümumi Cərrahiyyə üzrə uzmanlıq təhsilini tamamlamışdır.

Peşəkar fəaliyyəti ümumi, laparoskopik, bariatrik və onkoloji cərrahiyyənin müxtəlif istiqamətlərini əhatə edir. Bariatrik əməliyyatlar, qalxanabənzər vəzi, süd vəzi, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, mədə və bağırsaq xəstəliklərinin cərrahi müalicəsi onun əsas fəaliyyət sahələri sırasındadır. Eyni zamanda qarın yırtıqları, diafraqma yırtığı, reflüks və anorektal xəstəliklərin açıq, laparoskopik və lazer üsulları ilə müalicəsini həyata keçirir.

Dr. Elçin Əlizadə klinik fəaliyyəti ilə yanaşı elmi və akademik fəaliyyətə də önəm verir, ümumi və onkoloji cərrahiyyə sahəsində bir sıra elmi araşdırma və məqalələrdə iştirak etmişdir. Müxtəlif beynəlxalq və regional cərrahiyyə konqresləri, elmi toplantılar və ixtisasartırma kurslarında iştirak edərək peşəkar bilik və təcrübəsini davamlı şəkildə inkişaf etdirir.

O, Türk Kolon Rektum Cərrahi Dərnəyinin və Türk Hepatopankreatobiliyar Cərrahi Dərnəyinin üzvü, Azərbaycan Hepatopankreatobiliyar Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin üzvü və Azərbaycan Hernia Cəmiyyətinin sədridir.

Tibbi yanaşma

Dr. Elçin Əlizadə pasiyentin fərdi vəziyyətinin düzgün qiymətləndirilməsinə, dəqiq diaqnostikaya və uyğun müalicə metodunun seçilməsinə xüsusi önəm verir. Müalicə prosesində müasir cərrahi üsullardan və minimal invaziv yanaşmalardan istifadə etməklə pasiyent üçün təhlükəsiz və effektiv nəticənin əldə olunması əsas məqsəddir.

Peşəkar istiqamətlər

Həkimin bacarıqları

Anorektal bölgə açıq və lazer cərrahiyyəsi (hemorroid, anal çat, anal fistula)

Diyafragma yırtığı əməliyyatları, reflüks cərrahiyyəsi

Qarın yırtıqlarının laparoskopik əməliyyatları

Mədə və bağırsaq onkolojik cərrahiyyəsi

Qaraciyər, öd kisəsi və mədəaltı vəzi cərrahiyyəsi

Süd vəzi onkolojik cərrahiyyəsi

Qalxanabənzər vəzi (zob) cərrahiyyəsi

Bariatrik əməliyyatlar (mədə kiçiltmə), mədə balonu qoyulması

Akademik yol

Təhsil və ixtisas

2008 — 2014

Azərbaycan Tibb Universiteti

Ali · Müalicə İşi Fakültəsi

2016 — 2019

İstanbul Universiteti, İstanbul Tıp Fakültəsi

Ali · Ümumi Cərrahiyyə üzrə İxtisaslaşma (Uzmanlıq)